24 noyabr 2013 01:07
Arifsiz Dənizlispor Saşa ilə 1 xal qazandı
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “İstanbul BB” ilə qarşılaşıb. Görüş sülhlə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, son dövrlər zədədən əziyyət çəkən Arif bu oyunun da iştirakçısı olmayıb. Saşa isə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, “Denizlispor” hazırda 15 xalla 12-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
14-cü tur
23 noyabr
Dənizlispor - İstanbul BB - 1:1
