24 noyabr 2013 00:44
Fərid Quliyevin komandasını darmadağın etdilər
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Adana Dəmirspor” ilə qarşılaşıb. Görüş "Kahramanmaraşspor"un böyük hesablı məğlubiyyəti ilə bitib.
Futbolçumuzun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Fərid bu dəfə də heyətə düşə bilməyib.
Qeyd edək ki, “Kahramanmaraşspor” hazırda cəmi 6 xal toplaya bilib və sonuncu - 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
14-cü tur
23 noyabr
Adana Dəmirspor - Kahramanmaraşspor - 3:0
