23 noyabr 2013 12:35
İnter Neftçi ilə oyuna hazırdı (FOTOREPORTAJ)
Bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində "İnter" - "Neftçi" matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, ötən gün "bankirlər" matçın keçiriləcəyi "Şəfa" stadionunda oyunöncəsi son məşqə çıxıb.
Məşq prosesi 1 saat çəkib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Hazırlıq prosesi cinahdan ötürmələr və qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, İnter” - "Neftçi" matçı saat 15.00-da başlayacaq.
