23 noyabr 2013 00:19

Mindauqas Kalonas: Cari mövsümün bombardiri olmaq istəyirəm

Dünən Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində evdə  “Xəzər Lənkəran”ı qəbul edən “Bakı” vacib qələbə qazanaraq, 4-cü pillədəki yerini möhkəmləndirdi. Komandasının böyük hesablı qalib gəlməsində rol oynayan litvalı hücumçu Mindauqas Kalonas azerisport.az saytına müsahibəsində gələn matçlarda qollarının davamını gətirmək niyyətində olduğunu deyib:
 
- Hesab edirəm ki, bu matçda 3 xalı qazanmağa layiq idik. Oyundan da bunu görmək olardı. “Xəzər Lənkəran”la görüşə yaxşı köklənmişdik. Çoxlu qol imkanları yapatdıq. Bu gün müdafiəmiz də əla oynadı. Gözəl çıxışımızla bir daha sübut etdik ki, medallara iddiaya layiqik.
 
- Çox güman, bu matça xüsusi köklənmişdiz: “Xəzər Lənkəran” kimi güclü rəqibi məyus edib, 4-cü pillədəki yerinizi möhkəmləndirdiz...
- Əlbəttə. Üstəlik, bu komandaya ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyirdik. Yaxşı hazırlaşıb, lazımınca toparlanıb, ələ düşən fürsətdən maksimum yararlanmaq niyyətindəydik.
 
- Bu gün (dünən) 6-cı qolunuzu vuraraq, komanda yoldaşınız Əfran İsmayılova çatdız. Bombardirlər siyahısında 2 liderdən birisiz. İndi sizdə belə istək yaranmayıb ki, cari mövsüm ölkə çempionatının ən sərrast futbolçusu olasınız?
- Təbii. Mən də bunu hədəfləmişəm. Məqsədim Premyer Liqanın qolçuları siyahısında 1-ci olmaqdı. Klubumla bunu yüksək yerləri tutub gerçəkləşdirdikdə ikiqat xoş ovqat yaşayacağam.
 
- “Bakı” qeyri-sabit çıxışını davam etdirir. Kollektivin içində olan futbolçu kimi nə hiss edirsiz, “Xəzər-Lənkəran” üzərində inamlı qələbədən sonra buna son qoyulacaqmı?
- İndi hər şeyi yoluna qoymaqla məşğuluq. Qış fasiləsinə qədər daha 5 oyunumuz var. Biri kubok mübarizəsidi. Bütün bu matçlara qələbə üçün köklənmişik. Yəqin ki, fasilədə yenə də güclənəcəyik. Belədə, irəliyə böyük qüvvə ilə, daha inamla atılacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.