23 noyabr 2013 11:47

Qara Qarayev: İlk dövrədəki oyunu unutmamışıq

"Qarabağ" Premyer Liqanın 14-cü turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü baş tutacaq matça komanda itkilərlə hazırlaşır.
 
Admir Telinin zədə, Riçard Almeydanın isə cəza üzündən oyunu buraxacağı dəqiqdi. Yarımmüdafiəçi Qara Qarayev həm itkilər, həm də oyun haqqında klub saytına öz fikirlərini bildirib:
 
"Rəvan"la oyuna eyni qaydada hazırlaşırıq. Milli oyunlarla əlaqədar fasilə yarananda istər-istəməz kollektiv çalışmaya təsir edir. Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. Düzdü, itkilərimiz var, amma inanıram ki, bu, oyunumuza təsir etməyəcək. "Rəvan"ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmamalıdı. Bütün oyunlar 90 dəqiqə mübarizə tələb edir. Ümumiyyətlə Premyer Liqada zəif rəqib anlayışı qalmayıb. Üstəlik, "Rəvan"da baş məşqçi dəyişikliyi baş verib. Yəqin, bizimlə oyuna yaxşı hazırlaşıblar. Çətin oyun olacaq. İlk dövrədəki oyunu unutmamışıq. Çox üstün futbol sərgiləsək də, 1 xalı son dəqiqələrdə vurduğumuz qolla qazanmışdıq. Eyni gərginliyi yenidən yaşamaq istəmirik. Meydana kim çıxırsa, çıxsın, "Qarabağ"ın adına layiq şəkildə mübarizə aparacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.