23 noyabr 2013 11:29

"Hədəfimiz qələbə qazanıb, mərhələ adlamaqdı"

Futzal üzrə Azərbaycan çempionu "Araz"ın oyunçusu Edu UEFA Kubokunun elit raundu çərçivəsində Macarıstan "Qyor"u üzərində qələbə qazandıqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Ardıcıl ikinci qələbənizi necə qiymətləndirirsiz?
- Başa düşürdük ki, bizə çətin olacaq. Amma etiraf etmək lazımdı ki, biz çox yaxşı oyun sərgilədik. Düşündüklərimizin demək olar ki, hamısını həyata keçirə bildik. Addım-addım öz hədəflərimizə yaxınlaşırıq. Qarşıda "Sportinq"lə son sınaq qalır. Portuqaliyalıları da məğlub edib, Dördlər finalına çıxmaq istəyirik.
 
- Birinci hissə kifayət qədər gərgin keçdi. Amma ikinci yarıda daha çox qol vura bildiniz. Fasilədə nə dəyişdi ki?
- "Qyor" 1-ci hissədə müdafiədə çox diqqətliydi. Amma buna baxmayaraq, biz onlara qol vura bildik. Çoxlu qol vəziyyətləri yaradırdıq. 2-ci yarıda bəzi taktiki dəyişikliklər etdik. 2-ci qoldan sonra rəqib də hücuma keçməyə başladı ki, bu, bizim işimizi asanlanşdırdı.
 
- Ümumiyyətlə, "Qyor"la matç "Eyndhoven"lə görüşə nisbətən daha asan alındı...
- İlk oyunlar həmişə çətin olur. Çünki həyacanlı olursan. Amma macarlarla oyunda biz özümüzü daha yaxşı tərəfdən göstərə bildik.
 
- "Araz"ın "Sportinq"i udmaq şansları nə dərəcədə yüksəkdi?
- "Sportinq" yaxşı təşkilatlanmış komandadı. Onlar çox sürətli oyuna üstünlük verirlər. Onu da nəzərə almaq lazımdı ki, doğma meydan amili rəqibə üstünlük verir. Amma biz hər şeyə hazırıq.
 
- "Sportinq"lə oyunda əsas nəyə diqqət yetirmək lazım gələcək?
- Biz maksimum diqqətli oynamağa məcburuq. Çünki hədəf sadədi - qələbə qazanıb, mərhələ adlamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.