23 noyabr 2013 23:32
Tahir Süleymanov: PFL-in nümayəndələri hər şeyi özləri gördü
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Neftçi" ilə oyundan sonra baş verənlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bu, bizim məğlubiyyətimizə bəraət qazandırmasa da, hakimlərin bu nəticəyə təsiri oldu. Rəqib komandanı təbrik edirəm. Amma meydan sahibləri qonaq komandanı lazımı qaydada qarşılayıb, yola salmalıydı, daha qol gücü nümayiş etdirməməliydi. PFL rəsmiləri də hər şeyi gördülər. Qoy özləri qərar versinlər".