23 noyabr 2013 18:48
Branimir Subaşiçli Orduspor 1 xalla kifayətləndi
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi səfərdə “1461 Trabzon" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş sülhlə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Futbolçumuz 70-ci dəqiqədə mübarizəyə qoşulub.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 29 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
14-cü tur
23 noyabr
1461 Trabzon - Orduspor - 1:1
