23 noyabr 2013 17:25
Nazim Süleymanov: Mənim də səhvlərim oldu
"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“İlk hissədə zəif oynadıq. İkinci hissəyə pis başlamamışdıq. Komandadan narazı qaldım, hesab da bunu göstərir. Bəzi futbolçuların diqqətsizliyi nəticəsində qapımızda qollar gördük. Məşqçi kimi mənim də səhvlərim oldu. Bunların üzərində işləyəcəyik. Bir futbolçunun səhvi bütün komandanın oyununa təsir edir. Daha diqqətli oynamaq lazımdır. Hakimliklə bağlı danışmaq istəmirəm. Bu barədə rəhbərlik danışsa yaxşı olar”.
