23 noyabr 2013 14:55
Ruslan Abışov oynamadı, Rubin qalib gəldi
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Tom”la üz-üzə gəlib.
Oyun səfərdə keçirilirdi. Buna baxmayaraq, həmyerlimizin komandası səfərdən qələbə ilə dönməyi bacarıb.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verməyib. Həmyerlimizin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda 20 xal toplaya bilib və 10-cu pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
17-ci tur
23 noyabr
Tom - Rubin - 0:1
