23 noyabr 2013 14:27
Rəşad Sadıqov Rəvana qarşı oynaya biləcək
"Qarabağ" Premyer Liqanın 14-cü turunda "Rəvan"la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu oyuna itkilərlə çıxacaq.
Admir Telinin zədə, Riçard Almeydanın cəza səbəbindən oyunu buraxacağı dəqiqdi. Belindəki ağrılar səbəbindən AZAL-la çempionat görüşünü və millinin son iki hazırlıq matçını buraxan Rəşad Sadıqov son məşqlərdə fərdi hazırlıqla kifayətlənib.
"Qarabağ"ın və millinin kapitanının son durumu barədə klubun fizioterapevti Murat Şahinoğlu açıqlama verib: "Bildiyiniz kimi, Rəşad uzun müddətdi belindəkı ağrılardan əziyyət çəkir. Uzun müddətdi bu ağrılar var. Amma AZAL-la oyundan qabaq ağrılar daha da şiddətləndi. Belədə, oyunu buraxmalı oldu. Rəşad üçün xüsusi müalicə proqramı tətbiq etdik. Əslində, kapitan bu turu da buraxmalıydı. Amma Rəşad məşqlərdə xüsusi əzmlə çalışır. Müalicənin effektini gözlənildiyindən daha erkən aldıq. Buna görə də, oyun günü özünü necə hiss etməsindən asılı olaraq, meydana çıxması mümkündü".
