22 noyabr 2013 13:00
Radomir Todorov: Xəzər Lənkəran avrokuboklara düşməsə, bu, əsl faciə olacaq!
"Xəzər Lənkəran"ın futbolçusu Radomir Todorov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyundan, "Neftçi"yə məğlubiyyətdən, komandadakı vəziyyətdən danışıb.
- "Xəzər Lənkəran" yenə qələbə qazana bilmədi. Artıq ev oyunlarında da 3 xal qazanmaqda çətinlik çəkirsiz...
- "Qəbələ" ilə yaxşı oynadıq. Müəyyən mənada üstünlüyümüz var idi. Sadəcə, vacib anda dəqiq zərbə vura bilmədik. Meydançanın vəziyyəti də futbolçulara çətin anlar yaşatdı. Baxımlı oyun göstərmək mümkün deyildi. Sadəcə, mübarizə gedirdi. Təəssüf ki, sonda qalib gələ bilmədik. Əvvəllər Lənkərandakı oyunlarda asanlıqla qələbə qazanırdıq. İndi bu, alınmır.

- Cari mövsümə pis başladınız. Sanki komandada həll olunmayan problem var...
- "Xəzər Lənkəran"da heç bir problem yoxdu. Rəhbərlik bizə hər cür şərait yaradıb. Sadəcə, komanda bəxtsizliklə üzləşib. Böyük komandaların tarixində də belə hallar olur. Meydanda yaxşı oynayırıq, amma nəticə qazana bilmirik. Heyət baxımından da heç kimə uduzmuruq. Lakin qol vura bilmirik. Qolsuz isə qələbə qazanmaq mümkün deyil.

- Komandada lider problemi var?
- Deməzdim. Bizdə Rahid Əmirquliyev, Sadio Tounkara, Etame Mbilla kimi oyunçular var. Hər biri liderlik xüsusiyyətlərinə malikdi. Oyun baxımından rəqibə çətin anlaq yaşadırıq. Lakin üstünlüyü hesabda əks etdirə bilmirik. Azarkeşləri və sizi də başa düşmək olar. İnanın, biz də əlimizdən gələni edirik. Elə bil komanda qara zolağa düşüb. Bizə 1 qələbə lazımdı ki, özümüzə gələk. Əgər 1-2 qol vursaq, ardı gələcək.

- Bəlkə baş məşqçi komandanı hiss edə bilmir?
- Toşak təcrübəli məşqçidi. Komandanı oyunlara yaxşı hazırlayır. Məşqçi və oyunçu baxımından problem yoxdu. Belə olsaydı, sizdən gizlətməzdim. Görünən odu ki, oyunumuz alınır, nəticə alınmır. Biz də başa düşürük ki, XL layiq olduğu yerdə qərarlaşmayıb. Fikrimcə, çıxış yolu var. İmkan da var ki, komanda yuxarı pillələrə qalxsın.

- Hamı deyir ki, medallar "Neftçi", "Qarabag" və "Qəbələ" arasında oynanılacaq. Siz belə düşünmürsünüz...
- Bu komandalar yaxşı oyun sərgiləyir. İndi ilk üçlükdədilər. Lakin sabah nə olacaq, heç kim söyləyə bilməz. "Xəzər Lənkəran" və digər komandaların da şansı var. Hələ qarşıda çoxlu vacib oyunlar var. Çempionatı yarı etməmişik. "Xəzər Lənkəran" qələbələri sıralamaqla yuxarı pillələrə yüksələ bilər. Şansımız var ki, medallar uğrunda mübarizə aparaq.

- "Xəzər Lənkəran" avrokuboklardan kənarda qalsa, nə olacaq?
- Bu barədə düşünmək istəmirəm. Lənkəranda komandanı çox sevirlər. Əgər avrokuboklardan kənarda qalsaq, əsl faicə olar. Amma bu barədə düşünmək olmaz. Hələ ki, vəziyyəti dəyişməyə imkan var. Yığma ilə əlaqədar yaranan fasilədən maksimum faydalanmalıyıq.

- Bəlkə "Neftçi"yə son məğlubiyyət sizə təsir edib?
- Çempionatdakı məğlubiyyəti unutmuşuq. Hər həftə 1 oyun keçirilir. Əgər köhnə oyunu yadda saxlasan, növbəti matça hazırlaşa bilməzsən. Bu mənada hesab edirəm ki, "ağ-qaralar"a qarşı oyun bizə təsir etməyib. Biz sadəcə, hər oyuna qələbə üçün çıxırıq. "Xəzər Lənkəran"a qarşı hamı xüsusi əzmlə hazırlaşır. Digər tərəfdən çempionatda komandaların səviyyəsi qalxıb. Ona görə xal itkisi normaldı. Hələ ki taleyimiz öz əlimizdədi, ona görə özümüzü toparlamalıyıq.

- Növbəti rəqib Bakı klubu haqda nə deyə bilərsiz?
- Paytaxt təmsilçisi yaxşı heyətə malikdi. Oyun çətin olacaq. Bizə oyunumuzu bərpa etmək üçün bir qələbə lazımdı. Bakı son turlarda xal itirdiyindən bizə qarşı xüsusi əzmlə oynayacaq. Diqqətli olmalıyıq və rəqibi dəyərləndirməliyik. Hazırda xal itkisi limitimiz dolub. Bakıyla oyun asan olmasa da, biz rəqibdən çəkinmirik.

- Heyətdə hansı futbolçunu fərqləndirə bilərsiz?
- Bakıda çoxlu sayda yığmanın üzvləri var. Bu mənada hər bir futbolçuya hörmətlə yanaşırıq. Heç kimin adını çəkmək istəməzdim. Biz rəqibə qarşı komanda kimi mübarizə aparacağıq. XL bu görüşdən yalnız qələbə gözləyir. Biz istəyirik ki, səfərdən 3 xalla ayrılaq.