22 noyabr 2013 00:50
Azərbaycan yığması ilə oyun Rüütli üçün son ev oyunu oldu
Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tarmo Rüütli yerli federasiya ilə başa çatacaq müqaviləsini yeniləməyəcək. Azerisport.az xəbər verir ki, Rüütli Estoniya yığmasını Avro-2012-nin təsnifat mərhələsinin pley-of oyunlarına çıxarması Estoniya yığmasının ən böyük nailiyyəti olub.
Rüütlinin rəhbərliyi altında Estoniya yığmasının Azərbaycan yığmasını məğlub etdiyi oyun (2:1) məşqçinin son ev oyunu olaraq tarixə köçüb.
