22 noyabr 2013 12:36

Warum?

"İnter"in prezidenti Georgi Nikolov klubun rəsmi saytında yeni yazısı ilə oxucularının görüşünə gəlib. Azerisport.az sizi həmin yazı ilə tanış edir:
 
"Başqalarını özgələrin səhvlərinə görə tənqid etmək yəqin davranışdı. Ən azı cavabında ağır söz eşidib, ardınca “yaxşısı budu özünə baxasan” ifadəsinə tuş gələrsən. Ümumiyyətlə, mən bu qaydanı gözləyirəm. Ancaq Azərbaycan futbolunun rəhbər orqanlarının qərarlarına münasibətdə bəzən öz heyrətimi saxlaya bilmirəm.
 
Bəli, söhbət yığmanın bu yaxınlarda Tallin və Bişkekə səfərlərindən gedir. Əlbəttə, belə qeyri-müasir görüşlərin keçirilməsinə dair müəyyən dəlillər var. Milli hər iki oyunda qalib gəlsəydi, əmsalını yüksəldib FIFA-nın dünya reytinqində yüksələ bilərdi. Ancaq hamının sevdiyi kimi desək, bu, futboldu. Qalib gələ bilmədik, yüksəlmədik və s. və i. Aşağı yuvarlanmasaq, yenə sağ olsunlar.
 
Bütün bunlar görəsən kimə lazım idi? Məgər aydın deyilmi ki, biz bununla milli çempionata zərər vururuq? Çempionat növbəti fasilədən sonra yenicə dövrə yığır. Komandalar normal oyun axarına düşüblər və birdən “əs-səlamü əleyküm”, yenə iki həftəlik fasilə. Sonra yığmanın məşqçi qərargahını yığma oyunçularının oyun təcrübəsinin azlığında məzəmmət edəcəklər. Çempionatın keçirilməsi və onun milli yığma proqramı ilə əlaqələndirilməsinin mürəkkəb mexanizm olduğu tək mənə aydın deyil. Burada fizioloji, kondisiya, psixoloji, idman-texniki, taktiki və təşkilati meyarlar zərgər dəqiqliyi tələb edir. AFFA və yığmada bütün mütəxəssislər bunu yaxşı bilir və pozuntuya yol verir. Belə də yazın: futbolçuların, komandaların, çempionatın oyun tempinin parçalanması.
 
İndi özlüyündə belə bir vəziyyəti təsəvvür edin: stayer 100 metr məsafəyə qaçışda iştirak üçün, marafonda öz qaçışını beş dəqiqə saxlayır. Sonra o, yolun qalan hissəsində qaçışına davam edir. Bu, məntiqsiz olduğu kimi, çempionatın qızğın çağında belə “fəal” fasilə də futbolçular üçün məntiqsizdir.
 
Belə bir sual: “warum?”, hələ də açıq qalır. Çünki Foqts “niyə?” sualını başa düşməyə də bilər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.