22 noyabr 2013 00:12

Fasilə bitdi, Premyer Liqaya davam

Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün başa çatacaq. Azerisport.az xəbər verir ki, çempionatın 14-cü turunda növbəti 5 qarşılaşma baş tutacaq.
 
Bu dəfə turun görüşləri 3 gün ərzində keçiriləcək. Açılış oyununda "Bakı" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edəcək. İndiyədək 25 dəfə qarşılaşan rəqiblər eyni sayda (7) qələbə qazanıblar. 11 görüşdə isə heç-heçə qeydə alınıb. Lakin top fərqində “Xəzər Lənkəran”ın üstünlüyü var - 26:22. Öz meydanında sonuncu dəfə 4 il əvvəl uduzan “Bakı” ardıcıl 6 matçdı qonaqlara məğlub olmur. “Xəzər Lənkəran” son 2 səfərdən xalsız qayıdıb. Con Toşakın rəhbərliyi altında uğursuz zolaqdan heç vəchlə yaxa qurtara bilməyən cənub təmsilçisi bu görüşdən mütləq qalib ayrılmağa çalışacaq. Amma "zolaqlılar"ın da doğma meydanda qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu. Bu, həm də ilk dövrədə Lənkəranda qeydə alınan 1:2 hesablı məğlubiyyəti unutdurmaq baxımından önəmlidi.
 
"Qəbələ" doğma divarlar arasında AZAL-la üz-üzə gələcək. Paytaxt təmsilçisi 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə qarşılaşmalarda üstünlüyə malikdi. Bu komanda 7 qələbə qazandığı halda, bölgə təmsilçisinin aktivində 3 qələbə var. Daha 5 görüşdə tərəflər xalları yarı bölüblər. AZAL səfərdə keçirdiyi son 5 matçda qələbəyə həsrət qalıb. Öz meydanında sonuncu dəfə 6 il əvvəl uduzan “Qəbələ” ardıcıl 3 ev görüşündə bərabərliklə kifayətlənir. Liderlərin əsas izləyicisi olan Yuri Syominin komandası ən azı onlardan ayrı düşməmək üçün mütləq qələbə qazanmağa çalışacaq. Artıq uzun müddətdi qələbə üzünə həsrət qalan Vaqif Sadıqovun yetirmələri də uğursuz gedişata son qoymağa çalışacaq. Bakılıların ilk dövrədə bu rəqibinə 1:2 hesabıyla uduzduğunu da qeyd edək.
 
“Sumqayıt” doğma azarkeşlərinin gözü qarşısında “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. “Sumqayıt” tarixi ərzində “Simurq”dan xal ala bilməyib (!). Əvvəlki 7 qarşılaşmanın hamısında (!) qalib gələn Zaqatala təmsilçisi səfər oyunlarında minimal fərqlə üstün olub. Bu dəfə necə olacağı maraqla gözlənilir. Əslində, klubların indiki durumuna baxsaq, ənənənin bu dəfə də davam etməsi istisna deyil. Təbii ki, topların fərqində də aşkar üstünlük "Simurq"un tərəfindədi - 11:3. Maraq üçün bildirək ki, Zaqatala klubu cari mövsümün ilk qarşılaşmasında 1:3 hesabıyla məğlub emişdi.
 
Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında olacaq. 37-ci paytaxt derbisi ərəfəsində üstünlük “Neftçi”nin tərəfindədi. “Ağ-qaralar” artıq yubiley – 20-ci qələbəsinin astanasındadı. "Bankirlər"in əvvəlki oyunlarda cəmi 6 qələbəsi var. Daha 11 görüşdə isə paytaxt klubları sülhə razılaşıblar. “İnter” son 7 oyunda qalib gələ bilmir və 8 matçdı qapısını toxunulmaz saxlamır. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədi - 56-29. Nazim Süleymanovun komandası liderliyini davam etdirmək üçün mütləq derbini qalib başa vurmalıdı. Amma qeyri-sabit çıxışla seçilən "İner"ə də qələbə çox lazımdı.
 
Nəhayət, turun son oyun gününə “Qarabağ” “Rəvan”ı qəbul edəcək. "Rəvan" indiyə qədər Ağdam klubuna heç vaxt qalib gəlməyib. 3 görüşdə heç-heçə qeydə alındığı halda qalan iki matçı Ağdam klubu qazanb. Top fərqində də "Qarabağ" öndədi - 7:4. Ağdamlılar “Rəvan”la ev oyunlarında qol da buraxmayıb. "Neftçi" ilə şərikli liderliyini davam etdirən Qurban Qurbanovun komandası autsayderlər qrupunda qərarlaşan "aslanlar"ı yenməyə bocrludu. Şahin Diniyevin rəhbərliyi altında 3 xala həsrət qalan paytaxt təmsilçisi əsas favoritlərin birindən ən azı 1 xal almağa çaışacaq.
 
Topaz Premyer Liqası
14-cü tur
22 noyabr (cümə)
 
14:00. Bakı – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
14:20. Qəbələ – AZAL
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu.
 
17:00. Sumqayıt – Simurq
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
 
23 noyabr (şənbə)
 
15:00. İnter – Neftçi
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
 
24 noyabr (bazar)
 
17:00. Qarabağ – Rəvan
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu.
 
1 Qarabağ 13 8 4 1 25 8 +17 28
2 Neftçi 13 8 4 1 20 9 +11 28
3 Qəbələ 13 7 2 4 20 13 +7 23
4 Bakı 13 5 3 5 22 16 +6 18
5 İnter 13 5 2 6 21 18 +3 17
6 AZAL 13 4 5 4 12 16 –4 17
7 Simurq 13 3 6 4 11 12 –1 15
8 XL 13 3 5 5 10 17 –7 14
9 Rəvan 13 1 5 7 8 25 –17 8
10 Sumqayıt 13 1 4 8 6 21 –15 7
 
Bombardirlər:
6 - Əfran İsmayılov (Bakı).
5 - Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 - Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.