22 noyabr 2013 11:45
Asim Xudiyev Avroliqanın qrup mərhələsinin oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının E qrupunda noyabrın 28-də Dnepropetrovsk şəhərində keçiriləcək "Dnepr" (Ukrayna) - "Pandurii" (Rumıniya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
