22 noyabr 2013 11:11

Felipe: Biz kimin güclü olduğunu ikinci hissədə göstərdik

Futzal klubu “Araz”ın oyunçusu Felipe Santos azerisport.az saytına müsahibəsində futzal üzrə UEFA kubokunun elit raundu çərçivəsində “Eyndhoven” üzərində qələbədən (6:3) danışıb.
 
- Start qələbəsi haqda nə fikirdəsiniz?
- Bu, bizim üçün çox vacib oyun idi. Adətən start komandalar üçün asan olmur, həyəcan olur. Ancaq oyun başlayan kii hər şey unudulur. Biz qarşımızda hollandları məğlub etmək məqsədi qoyduq, buna nail olduq. İndi növbətioyuna arxayın köklənmək olar. Bizim kifayət qədər təcrübəli oyunçularımız var.
 
- Yaxşı başlanğıca baxmayaraq, biz ardıcıl iki qol buraxdıq. Bu, arxayınlığın nəticəsi idi?
- Futzalda hər şey sürətlə baş verir. Rəqib hesabı bərabərləşdirənə qədər, biz öz üstünlüyümüzü artırmaq üçün çoxlu imkan tapmışdıq. Bunun əvəzində biz vəziyyətləri reallaşdıra bilməyib səhv buraxdıq. Öz diqqətsizliyimizə görə də cəzalandıq.
 
- Fasilədə nə haqda danışırdınız?
- Fasiləyə bərabər hesabla yollandıq. Bu, bizim xeyrimizə oldu. Rəqibə iki qol hədiyyə etdiyimiz qərarına gəldik. Buna görə də ikinci hissdə kimin güclü olduğunu sübut etməkdən başqa yolumuz yox idi.
 
- Buna baxmayaraq, baş məşqçi Joze Alesio oyundan narazı qaldı.
- Bayaq qeyd etdi ki, start oyunlarında həmişə gərginlik, həyəcan, əsəb olur. Nəticədə səhvlər baş verir. Bizim üçün qələbə əsas idi və biz tapşırığı yerinə yetirdik. İkinci oyunda biz öz oyun keyfiyyətimizi fərqli dərəcədə artıracağıq.
 
- Qarşıdakı rəqiblə oyun haqda nə deyə bilərsiniz?
- Macarıstan çempionu yaxşı komandadır. Heyətində 4-5 ispan, bir portuqal var. Allahın köməyi ilə onları udarıq.
 
- “Araz”ın dördlər finalına düşmək şanslarını necə qiymətləndirirsiniz?
- Biz Lissabona bunun üçün gəlmişik. Həlledici oyunlara düşmək istəyirik. Hər oyun bizim üçün şansdır. Əlbəttə, çətin olacaq. Xüsusən “Sportinq”ə qarşı son oyunda. Onlar doğma meydanda oynayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.