22 noyabr 2013 10:55
Sportinq Arazı qabaqladı
Lissabonda futzal üzrə UEFA Kubokunun elit mərhələsinin qrup oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu mərhələdə Azərbaycan çempionu “Araz” da Dördlər finalına vəsiqə uğrunda mübarizə aparır.
Təmsilçimiz ilk oyununda Hollandiya “Eyndhoven”i ilə qarşılaşıb və 6:3 hesablı qələbəyə sevinib. İlk oyun günündə qrupun digər görüşü isə meydan sahibi “Sportinq” və Macarıstanın “Qyor” komandaları arasında baş tutub. Meydan sahibləri daha böyük hesabla qalib gələrək qrupda ilk pilləni ələ keçiriblər.
Qeyd edək ki, nizamnaməyə əsasən Dördlər finalına qrup qalibləri vəsiqə qazanacaq.
UEFA Kuboku, Elit mərhələ
D qrupu
21 noyabr
Araz - Eyndhoven - 6:3
Sportinq - Qyor - 6:1
