22 noyabr 2013 21:50
Con Toşak: Xəzər Lənkəran və azarkeşlərinə gələcəkdə uğurlar arzu edirəm
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak istefa verdikdən sonra klubun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı istefası haqqında bunları söyləyib:
"Xəzər Lənkəran"da olan hər kəsə mənə olan xoş münasibətə görə təşəkkürümü bildirmək istəyirəm. Burada işin mənim üçün çətin olduğunu gördüm, özüm üçün yeni olan problemlər aşkar etdim. Kluba və onun azarkeşlərinə gələcəkdə uğurlar arzu edirəm”.
(klub saytı)
