22 noyabr 2013 21:40
Con Toşak istefa verdi
Uelsli mütəxəssis Con Toşak “Xəzər Lənkəran” komandasının baş məşqçisi vəzifəsindən istefa verib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, futbol üzrə Topaz Premyer liqasının 14-cü turu çərçivəsində “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra təşkil edilmiş klubdaxili toplantıda Toşak istefasını açıqlayıb.
Toşak klubda işlədiyi müddətdə ona yaradılmış şərtlərdən razılığını dilə gətirib. Komandanın uğursuz çıxışını isə öz boynuna götürüb. “Xəzər Lənkəran”ın sükanı arxasında müvəqqəti olaraq Covanni Melkiorenin rəhbərliyi altında məşqçi qərargahı dayanacaq.
