22 noyabr 2013 19:35
Aqil Məmmədov: Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Futbolçularım yaxşı oynadı. Təəssüf ki, nəticə qənaətbəxş olmadı. Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi”.
