22 noyabr 2013 19:33
Georgi Çixradze: İlk hissədə ikinci yarıdan daha yaxşı oynadıq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, zaqatalalıların gürcü çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Oyunun çətin olacağını bilirdik. Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdu. “Sumqayıt” yaxşı hücum futbolu oynayan komandadı. Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci hissədən daha yaxşı oynadıq”.
