22 noyabr 2013 18:10
Yuri Syomin: Maraqlı oyun oldu
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları AZAL-la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Maraqlı oyun oldu. Meydanın da vəziyyəti yaxşı idi. Hər iki komanda hücumlar təşkil etdi. Leonardonun 72-ci dəqiqədə vurduğu gözəl qol bizə qələbə qazandırdı”.
