22 noyabr 2013 18:05
Vaqif Sadıqov: Məğlub olsaq da, komanda oyunu oynadıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Qəbələ” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Lider komandaya qarşı mübarizə apardıq. Maraqlı oyun oldu. Məğlub olsaq da, komanda oyunu oynadıq. “Qəbələ” hücum futbolu oynadı, qalib gəldi. Xal qazana bilməsək də, komandamdan razı qaldım”.
