22 noyabr 2013 17:11

Aslan Kərimov: Berti Foqts 18 dəqiqədən narazı qaldı

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov azerisport.az saytının suallarını cavablayıb.
 
- Estoniya (1:2) və Qırğızıstan (0:0) yığmalarına qarşı oyunların nəticələri haqda nə deyə bilərsiniz?
- Baxır buna hansı tərəfdən yanaşsaq. Məqsəd müəyyən müddət görmədiyimiz oyunçuları iş başında bir daha yoxlamaq idi. Nəticələrə baxmayaraq, düşünürəm ki, məqsədə çatdıq. Bişkekdəki oyun haqda xüsusi heç nə demək olmaz. Belə şəraitdə oynamaq futbolçular üçün çox çətindir.
 
- Berti Foqts nədən narazı qaldı?
- İlk oyunda Foqts komandanın 18-20 dəqiqə öz səviyyəsində oynamamağından narazı idi. Tallindəki oyun məhz bu müddətdə uduzuldu. Burada isə öz oyunumuzu tam göstərə bilmədik. Buna rəğmən son 15 dəqiqədə oynadıq. Bir sözlə, tapşırığımız qələbə deyil, yoxlama idi.
 
- Əvəzində azarkeşlər Azərbaycan yığmasının nəticələrindən narazıdırlar.
- Mən onları başa düşürəm. Onlar özlüyündə haqlıdır. Onlar üçün kimin necə oynamağı vacib deyil. Əsas nəticə və qələbədir. Ancaq məşqçi üçün başqa məqamlar vacibdir. Məsələn, kim hansı xasiyyətdədir və kim çətin vəziyyətlərdə oynaya bilər. Kim bilir, bəlkə gələcəkdə Bişkekdəki qazon kimi qazona çıxmalı olduq.
 
- Azərbaycan optimal heyətlə oyuna çıxsaydı necə?
- Lap əminəm ki, həm Estoniya, həm də Qırğızıstan yığmalarını məğlub edərdik.
 
-  Berti Foqtsun məsələsi həll olunur. Onun yığmada qalmasından sizin də taleyiniz asılıdır?
- Şəxsən mən alman mütəxəssisə mənə yığmada işləmək şansı verdiyi üçün çox minnətdaram. Bu, bütün məşqçilər üçün zirvə nöqtəsidir. Çox şey öyrəndim. İşimə gəlincə, bilirsiniz ki, mənim daha iki vəzifəm var: təhsil departamentində və U-17-də. Mənim yığmada gələcəyim üzərində müzakirə aparmaq və düşünmək lazımdır. Gələn il mən yeniyetmələrdən ibarət yığmaya rəhbərlik edəcəyəm.
 
- Çətin ki ölkənin birinci komandasının sıralarını tərk etmək istəyirsiniz.
- Təbii ki. Biz Avropa futbolunun nəhənglərinə qarşı oynayacağıq. Bu isə, yeni başlayan gənc məşqçi üçün böyük təcrübədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.