22 noyabr 2013 17:05
Milinko Pantiç: Yalandı!
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Komandamdan çox razıyam, qələbəyə görə çox şadam. “Xəzər Lənkəran”da fərdi baxımdan çox yaxşı futbolçular toplanıb. Bu gün 3 gənc futbolçuya oynamaq şansı verdim. Bu futbolçular ölkənin gələcəyidi. Vüqar Mustafayev debüt oyununda gözəl oynadı. Çox qol epizodumuz oldu, yararlana bilmədik, lakin ikinci hissədə üç qol vuraraq qələbə qazandıq. “Bakı” klubunda futbolçuların məvacıb almaması haqqında şaiyələr yalandı. Bizim çox yaxşı prezidentimiz var, hər ay əmək haqqımızı alırıq”.
