22 noyabr 2013 16:50
Hüseynov: Start heyətdə yer almadığımı görüb məyus oldum
"Bakı"nın yarımmüdafiəçisi Cavid Hüseynov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Hazırda çox yaxşı formadayam. Ona görə start heyətdə meydana çıxacağımı gözləyirdim. Amma start heyətdə adımın olmadığını görəndə məyus oldum. Baş məşqçi məni ikinci hissədə meydana buraxdı. Mən də qol vurmağa nail oldum. Növbəti oyunlarda yenə özümü doğrultmağa çalışacam. Daim start heyətdə yer almaq üçün çalışacam".
