22 noyabr 2013 16:40
Elçin Məmmədov yeni təyinat aldı
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Avropa Liqasının "L" qrupunda noyabrın 28-də, Astana şəhərində keçiriləcək "Şaxtyor" (Karaqandı, Qazaxıstan) - PAOK (Yunanıstan) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən bildirir ki, səfər çərçivəsində Elçin Məmmədov Qazaxıstan Futbol Federasiyasının lisenziyalaşdırma şöbəsinin əməkdaşları ilə görüşəcək və bu sahədə görülən işlərlə bağlı təcrübə mübadiləsi aparılacaq.
(AFFA)
