22 noyabr 2013 16:22
Toşak mətbuat konfransına gəlmədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak futbol üzrə Topaz Premyer liqasının 14-cü turunda “Bakı”ya qarşı keçirilmiş oyundan (0:3) sonra mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis buna səhhətindəki fəsadları əsas gətirib.
Toşakın köməkçisi Emin Quliyev də mətbuata görünməyib.
Qeyd edək ki, ikinci hissədə cənublu azarkeşlər Toşakı istefaya səsləyirdi.
