22 noyabr 2013 15:13
Xəzər Lənkəran Fənərbaxçanın keçmiş məşqçisini Bakı ilə oyuna dəvət edib
Məşhur türk məşqçi Oğuz Çetin Azərbaycanda səfərdədir. Azerisport.az xəbər verir ki, Çetin vaxtı ilə “Fənərbaxça”nı çalışdırıb və Türkiyə yığmasında Qus Hiddinkin köməkçisi işləyib.
“Xəzər Lənkəran”ın mətbuat xidmətindən müxbirimizə verilmiş məlumata görə Çetin Azərbaycana Lənkəran klubunun xahişi ilə “Xəzər Lənkəran” - “Bakı” görüşünü izləməyə gəlib. Türk məşqçi paytaxtın futbol bazalarını da görmək arzusundadır.
