22 noyabr 2013 13:31
Simurq Sumqayıtla oyuna optimal heyətlə çıxacaq
"Simurq" bu gün Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, dünən qarşılaşmanın oynanılacağı stadionunda son hazırlığını keçən komanda görüşə tam hazırdı.
Bir saata yaxın məşq edən Georgi Çixradzenin yetirmələri əsasən qısa ötürmələr və qapıya zərbələri yerinə yetirib. Heyətdə cəzalı və zədəli futbolçunun olmaması qarşılaşma öncəsi məşqçilər korpusunu sevindirən amillərdəndi.
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu 17:00-da start götürəcək.
(klub saytı)
