21 noyabr 2013 00:14

Ruslan Əmircanov: Foqtsla mübahisə etməyin nə mənası var ki?

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi
 
- Siz son anda Azərbaycan yığmasına dəvət olunsaz da, Estoniya və Qırğızıstanla görüşlərdə iştirak etmədiniz...
- Hə, oynamadım. Bundan sonra bu barədə yaxşı düşünməliyəm. Əgər baş məşqçi məni meydana buraxmırsa, deməli, öz üzərimdə daha çox işləməyim lazımdı. Milli komandaya mütəmadi dəvət olunmaq istəyirəm. Təbii ki, eyni zamanda əsas heyətdə yer almağı da.
 
- Ehtiyatda qalmaq sizi bezdirməyib?
- Müəyyən mənada bezdirir. Oynamağı çox istəyirdim. Amma meydana buraxılmadım.
 
- Baş məşqçidən soruşmadız ki, bu iki oyunda meydana buraxmayacaqdısa, sizi niyə dəvət etmişdi?
- Bunu soruşmağın mənası yox idi. Berti Foqtsla mübahisə etməyin nə mənası var ki? Ona nə deyərdim? Baş məşqçidi, istədiyi kimi qərar verə bilər.
 
- Klubunuzun düşərgəsinə hansı əhval-ruhiyyə ilə qayıdırsız?
- Heç bir incikliyim yoxdu. Bizim əsas hədəfimiz son iki oyunda qələbə qazanmaq idi. Amma təəssüf ki, yalnız Bişkekdəki oyunda heç-heçə ilə kifayətlənməli olduq. Bizə öz üzərimizdə daha çox işləmək, özümüzü isbatlamaq lazımdı. Yalnız o halda müsbət nəticəyə nail ola bilərik.
 
- Yoldaşlıq oyunlarındakı uğursuzluq futbolçulara nə dərəcədə pis təsir edib?
- Bişkekdə hansı şəraitdə oynadığımızı gördünüz. Ora "Barselona"nı da buraxsaydın, Messi iki dəqiqə sonra əvəzlənməsini xahiş edərdi. Biz elə şəraitdə oynamağa alışmamışıq. Amma bu, futboldu. Sadəcə, oyunumuz alınmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.