21 noyabr 2013 12:22
Joze Alesio: Eindhoveni zəif rəqib hesab etmirəm
“Araz” futzal klubunun baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində bu gün Lissabonda futzal üzrə UEFA Kubokunun qrup mərhələsinin birinci tur oyunları çərçivəsində “Eindhoven”ə qarşı keçiriləcək oyun haqda fikirlərini bildirib.
“Komandamız oyunlara yaxşı hazırlaşıb. Düzdür, hazırlığa bir qədər gec qoşulan oyunçularımız olub, ancaq bu, bizim işimizə xüsusi təsir göstərməyib. Gündə iki dəfə məşq etmişik. Düşünürəm ki, komandada gözəl ab-hava var.
“İlk rəqibimiz “Eindhoven”dir. İddialı komandadır. Onların heyətində Kərim adlı biri var. O, öz keyfiyyətləri ilə seçilir. Komandanın əsasını ərəb oyunçular təşkil edir. Çoxları onları zəif hesab edir, ancaq mən belə düşünmürəm. Elit raundda zəif rəqiblər olmur. Digər iki rəqib - Macarıstanın “Qyor” və Portuqaliyanın “Sporting” komandasıdır ki, uzun illərdir eyni heyətlə çıxış edir”.
