21 noyabr 2013 11:33
Vitali Borisov: Qələbə seriyasını davam etdirmək istəyirik
“Araz” futzal klubunun oyunçusu Vitali Borisov bildirib ki, UEFA Kubokunun bu gün keçiriləcək qrup mərhələsinin birinci tur oyununda “Eindhoven”ə qarşı oynaya bilər. Azerisport.az xəbər verir ki, Borisov bunları söyləyib:
“Zədəmi hələ tam sağaltmamışam, ağrılar var. Yəqin ki, bu gün keçiriləcək oyunda iştirak edəcəyəm. “Eindhoven”lə iki dəfə qarşılaşmışıq və iki dəfə qələbə qazanmışıq. Qələbə seriyasını davam etdirmək istəyirik. İlk oyunlar həmişə ağır keçir. Özü də rəqibin heyətində güclü oyunçular var”.
