21 noyabr 2013 11:11

Bəhruz Şirəliyev: Şahin Diniyevi qovmağa hazırlaşmırıq

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev azerisport.az saytına müsahibəsində yeni baş məşqçinin gəlişindən sonra komandadakı vəziyyət və infrastruktur haqda danışıb.
 
Hələlik “rəvan” Şahin Diniyevin rəhbərliyi altında bir qələbə belə qazanmayıb. Bu, sizin planlara daxil idi?
Gəlin söhbətə komandanının ümumiyyətlə bu mövsümdə yalnız bir dəfə qələbə qazanmasından başlayaq. Bu vəziyyət, əlbəttə ki, ürəyimizcə deyil. Diniyevə gəlincə, biz onu bu vəzifəyə təyin edəndə onun təcrübəsini, yerli futbolu bilməsini və oyunçuların psixologiyasına bələd olmasını nəzərə almışıq. Ümumilikdə o, bizə gərəkli mütəxəssis idi. Əsas olan tələsik nəticələr deyil, bu mütəxəssis tərəfindən tutulacaq düzgün yoldur.
 
Bəs nəticə nə vaxt olacaq?
Nəticə gec və ya tez, olacaq. Görürəm ki, komanda düzgün yoldadır. Qışda heyəti gücləndirəcəyik.
 
Bunlardan biri “Bakı”nın braziliyalısı Juninyo olacaq?
Bu futbolçu haqda heç bir məlumatım yoxdur. Təbii ki, bu barədə heç bir planım da yoxdur. Mən artıq məşqçi ilə danışmışam və biz öz gücləndirmə planımızı tərtib etmişik.
 
Deməli, Şahin Diniyevə etibat böyükdür?
Bir neçə uğursuz oyundan sonra onu qovmağa hazırlaşmırıq. Onun iki il yarımlıq müqaviləsi var və ən azından o, bu müddəti işləməlidir.
 
“Rəvan”ın öz infrastrukturu yoxdur. Bu, nə vaxta qədər davam edəcək?
Az qalıb. Bu ilin sonunda ilk ikimərhələli  plan başa çatacaq. Qaraçuxur qəsəbəsində yerləşən bazanın tikintisi başa çatacaq. Burada bizim məşq meydanımız və futbolçuların yaşaması üçün şərait olan klub qərargahı olacaq. Ora 2014-cü ilin əvvəlində köçə biləcəyik.
 
“Rəvan” “Bayıl Arena”dan nə vaxt köçəcək?
Hələlik bu arenanı tərk etməyə hazırlaşmırıq. Gələn il oradaca tutumu 4500 ya 5000 oturaq yer olan stadionun tikintisinə başlanılacaq. Tikinti yarım ilə qədər davam edəcək. Beləliklə, “Bayıl Arena”da növbəti il də oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.