21 noyabr 2013 21:44
Qranatkinin xatirə turniri: Azərbaycan yığmasının rəqibləri məlum oldu
2014-cü ilin yanvarında keçiriləcək futbol üzrə yeniyetmələr arasında Qranatkinin xatirəsinə həsr edilmiş XXVI beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması (U-19) “C” qrupunda yer alıb.
Qrupların tərkibi:
“А” qrupu: Belarus, İran, Slovakiya, Finlandiya;
“B” qrupu: Sloveniya, Estoniya, Rusiya, Moldova;
“C” qrupu: Azərbaycan, Yaponiya, Çexiya, Yunanıstan;
“D” qrupu: Ukrayna, Türkiyə, Sankt-Peterburq, Latviya.
Oyunlar “Peterburqskiy” idman-konsert kompleksində keçiriləcək.
