21 noyabr 2013 18:33

Milinko Pantiç futbol tamaşası göstərmək istəyir

Sabah “Bakı” futbol üzrə Topaz Premyer Liqasının 14-cü tur çərçivəsində doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu gün "Bakı"nın baş məşqçisi Milinko Pantiç oyun haqda fikirlərini açıqlayıb:
 
“Xəzər Lənkəran” premyer-liqadakı yerindən asılı olmayaraq çətin rəqibdir. Düzdür, hazırda çox da yaxşı mövqedə qərar tutmayıblar, amma görünən reallıq budur. İlk dövrə oyununda müəyyən səbəblərdən məğlub olduq. Sabah biz meydançanı yaxşı sulayacağıq ki, azarkeşlər sürətli futbol görə bilsin. Revanş almaq da öz yerində. Bəzilərindən fərqli olaraq, meydanı daş kimi sərt etmək istəmirik. Onlar idmana yardım etmirlər, oyunçularına yazıqları gəlmir. Bu üzdən belə addım atırlar. Çalışacağıq ki, futbola məxsus maraqlı tamaşa göstərək.“Neftçi”yə məğlubiyyətdən sonra psixoloji hazırlıqda problem yoxdur. Biz nə Madrid “Real”ıyıq, nə də “Barcelona”.Gənc qapıçımız Elxan Əhmədov haqda mətbuatda səslənən tənqidi fikirlərə gəlincə, ikinci dövrənin sonuna kimi qapını o qoruyacaq. Nə etdiyimi bilirəm, hesab edin ki, mən 500 ildir ki, futboldayam. Belə olan halda nə dediyim dəqiq anlaşılar. Qapıya Elxanı yox, Edin Nuredinoskini qoysam, tənqidçilər məni qaldığım yerdən bayıra atarlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.