21 noyabr 2013 18:13
Bakı oyuna hazırdır
Sabah “Bakı” futbol üzrə Topaz Premyer Liqasının 14-cü tur çərçivəsində doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu gün "Bakı" oyunöncəsi son məşqini keçirib.
Saat 11:00-da yüngül qaçışla başlayan məşq müxtəlif isinmə hərəkətləri ilə davam edib. Ardından əyləncəli əltopu və qaç-tut oyunu icra olunub. Bundan sonra “kvadrat” oynayan futbolçular düzülmüş 4 maneə üzrə çarpaz qaçış hərəkətlərini yerinə yetirib. Sonda ön xətt oyunçuları baş məşqçi Milinko Pantiçin iştirakı ilə uzaq məsafədən zərbələri sınaqdan keçiriblər.
Onu da qeyd edək ki, yüngül zədəsi olan Elvin Əliyevlə, Deyvidas Çesnauskis məşqin əvvəlindən sonuna kimi meydanboyu qaçıblar. Bərpa prosesi keçən Mario Rubio yüngül fiziki çalışmalarla kifayətlənib. Zədəli olan Vadim Abdullayev, Əfran İsmayılov və Əziz Quliyev hazırlıqda iştirak etməyib.
(klub saytı)
