21 noyabr 2013 18:00

Hafiz Məmmədov: İstəsək, İbrahimoviçi də transfer edərik

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa “Lens”ının hədəfləri barədə danışıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı iş adamı “Canal+"a müsahibəsində “Lens”ı yüksək liqaya qaytarmaq niyyətində olduğunu bildirib.
 
“Bakı”nın prezidenti “Lens”a hələlik 20 milyon avro investisiya qoyub. Lakin o, öz məqsədinə çatmaq üçün “pul kisəsinin" ağzını daha geniş açmağa hazırdı: “Biz Fransanın elit liqasına qayıtmalıyıq. Ən yaxşı olmağa can atırıq. Bu səbəbdən, “Lens”a sərmayə qoymalıyıq. Necə lazımdısa, klubu maliyyələşdiririk”.
 
Hazırda Fransada PSJ və “Monaco” klubları da əcnəbi iş adamları tərəfindən maliyyələşdirilir. Dünyanın ən güclü futbolçularından Zlatan İbrahimoviç PSJ, Radamel Falkao isə “Monaco”da çıxış edir. Məmmədov da supertransferlər etməyə hazır olduğunu bildirib: “Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq”.   Qeyd edək ki, “Lens” Fransa çempionatının 2-ci Liqasında 14 turdan sonra 3-cü pillədə qərarlaşıb və lider “Metz”dən cəmi 4 xal geri qalır.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.