21 noyabr 2013 17:44

Vüqar Əsgərov: Daha Sumqayıtda oynamaq istəmirəm

“Sumqayıt”ın hücumçusu Vüqar Əsgərov komandadan gedişinin səbəbləri haqda azerisport.az saytına danışıb.
 
“Mən komandadan getmək qərarına gəldim və prezidentə bu haqda danışdım. Mənim vəziyyətimi anlayaraq məni azad etdiyinə görə onlara təşəkkürümü bildirirəm. Hlə rəsmən transfer vərəqəmi almasam da, biz hər şey barədə razılığa gəlmişik”, deyə Əsgərov bildirib.
 
Futbolçu öz qərarının səbəblərini demək istəməyib: “Daha bu komandada oynamaq istəmədiyim barədə qərar gəldim. Həqiqi səbəbi deməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, “Sumqayıt”a qarşı hər hansı qərəzim yoxdur. Mən komandanı xoş hisslərlə tərk edirəm və bu mövsümdə uğur arzulayıram. Məni orada hər şey qane edirdi. Şəxsən özüm komandaya bacardığım köməyi etmişəm. Kluba bu 4-5 ay üçün minnətdaram və hətta məşqçi qərargahı qarşısında üzr istəmişəm”, deyə klubun sabiq hücumçusu qeyd edib.
 
Əsgərov yeni komandasını Azərbaycanda axtarmağı planlaşdırır: “Sumqayıt”ı tərk etməyimə baxmayaraq, Azərbaycandan getməyə hazırlaşmıram. Özümə yeni komanda tapıb gələcəkdə burada oynamaq niyyətindəyəm. Hələlik heç bir variantım yoxdur. Ancaq istənilən təklifi nəzərdən keçirməyə hazıram. Hələ ki fərdi proqramla məşq edəcəyəm”, deyə Əsgərov fikrini tamamlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.