21 noyabr 2013 17:30
AZAL-ın Qəbələ qarşısında altı itkisi
AZAL futbol üzrə Topaz Premyer liqasının 14-cü turunda qarşılaşacağı “Qəbələ”yə qarşı oyuna itkilərlə ilə hazırlaşır. Komandanın baş məşqçisi Vaqif Sadıqovun azerisport.az saytına verdiyi məlumata görə, “təyyarəçilər” altı futbolçunun xidmətindən məhrum olublar.
Aleksandr Şemonyayev, Samuel Barlay və Vladimir Boqdanoviç sarı vərəqə görə cəzalı olduqlarından, Orxan Həsənov, Murad Ağayev, Freddi Berq isə zədə səbəbi ilə oyunu buraxmalı olacaq.
