21 noyabr 2013 16:30
Kamran Ağayev: Zədəli Kamran heç kimə gərək deyil
Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev özünün Avropaya yollanmağının mümkünlüyü barədə azerisport.az saytına şərh verib.
“Mənə əvvəlki tək təkliflər var. Ancaq bu halda mən onları nəzərdən keçirə bilmərəm. Zədəli Kamran heç kimə gərək deyil. Mənim “Bakı” ilə müqaviləm var və mən hələ ki komandanın gələcək qələbələri haqda düşünürəm. Bununla belə xaricdə oynamaq istəyim var. Bunlar sadəcə söz deyil. Mən o kəslərdən deyiləm ki, Vətəndə pulun olduğunu görüb, xaricdə özünü əziyyətə salmağın mənasızlığını düşünsün. Mən xaricə getməyi gediş üçün etmirəm. Yalnız yaxşı komandaya keçə bilərəm”.
