21 noyabr 2013 15:45

Kamran Ağayev: Yığmada azərbaycanlı qanı olan futbolçular oynamalıdır

Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibə verib.
 
- Sizin meydana qayıdışınızı nə vaxt gözləyək?
- Ayağımda ağrılar hiss etməyimə rəğmən, 4-5 günə məşqlərimi bərpa etmək niyyətindəyəm. Tam forma yığmaq üçün mənə on gün lazımdır. Əgər klub məşqçisi istəsə, elə bu il meydana dönərəm.
 
- Siz olmayanda “Bakı”nın qapısını gənc Elxan Əhmədov qoruyurdu və komandanı məğlubiyyətdən xilas edə bilmədi.
- Məndən başqa klubda üç qapıçı var. Səhvlərə gəlincə, deyim ki, hamı səhv edə bilər. Mən də bu topları buraxa bilərdim. Düşünmürəm ki, “Bakı” gənc qapıçıya görə məğlub oldu.
 
- Estoniya və Qırğızıstan yığmalarına qarşı o yunlarda hamı qələbə gözləyirdi. Ancaq altı xal əvəzinə bir heç-heçə aldıq...
- Bu, başqa futbolçuları yoxlamaq üçün yoldaşlıq görüşləri idi. Qırğızıstandakı meydan haqda hamı bilir. Estoniya ilə oyunda isə bəxtimiz gətirmədi. Bəli, bu da güclü komandadır.
 
- Abışov bildirib ki, əgər bəzi milliləşdirilmiş “türk” futbolçular olmasaydı, Azərbaycan yığması Estoniyanı məğlub edərdi.
- Əgər onlar Azərbaycan yığmasına çağırılırlarsa, bu barədə niyə danışıldığını bilirəm. Hesab edirəm ki, komandamızda azərbaycanlı qanı olan futbolçular oynamalıdır. Mən başqa milli komanda üçün oynaya bilməzdim.
 
- Azərbaycan - Estoniya görüşü zamanı himnlərin səsləndiyi an saqqız çeynəyən Pərdis Fərcad-Azad haqda nə deyə bilərsiniz?
- Mən bunu görməmişəm və mühakimə edə bilmərəm. Biz meydana qələbə üçün çıxırıq. Portuqaliya ilə oyundan sonra Kriştianu Ronaldunun dalınca qaçıb köynək dəyişməyə yox.
 
- Necə hesab edirsiniz, Foqts yığmada qalmalıdır?
- Futbolçu bu barədə fikri bildirməməlidir. Əgər kimsə Foqtsun gedişi barədə müsbət fikir bildirirsə, onu yığmaya çağırmırlar. Çağırılanlar isə, alman mütəxəssisin tərəfindədir. Məsələn, Foqts hamıdan çox məni sevmir. Niyə mən bu barədə fikir bildirməliyəm? Bunu biz həll etmirik. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin.
 
- Azərbaycan yığmasının voleybolçusu Valeriya Korotenko sizi tanımadı. Bəs siz onu tanıdınız?
- Əgər məni yığmanın legioneri tanımasaydı, mən buna əhəmiyyət verməzdim. Ancaq yığma oyunçuları bir-birini tanımalıdır. Əsas odur ki, istənilən Azərbaycan yığmasının bütün üzvləri Azərbaycan dilini bilməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.