21 noyabr 2013 15:05
Valeriya Korotenko: Azərbaycan yığmasının heç bir futbolçusunu tanımıram
Voleybol üzrə Azərbaycan yığmasının liberosu Valeriya Korotenko Azərbaycan futbolu haqda öz fikrini bildirib. Azerisport.az xəbər verir ki, Korotenko bunları söyləyib:
“Azərbaycan futbolu ilə maraqlanmıram. Hətta yığma oyunçularını belə tanımıram. “Acibadem” hospitallar şəbəkəsinin ofisinin açılışında sizin futbolçuları (Rail Məlikov və Kamran Ağayev - qeyd) gördüm. Onları da tanımıram. İlk dəfə idi görürdüm. Məni daha çox “Bayern” və Portuqaliya yığmasının oyunu maraqlandırır”.
