21 noyabr 2013 00:52

Lansın məşqçisi: Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq

Xəbər verdiyimiz kimi, “Bakı”nın U-15 komandası Fransanın Lans şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, bu prosesdə “Lans” klubunun məşqçi heyəti də yaxından iştirak edir.
 
U-15 komandasına təhkim olunmuş təcrübəli məşqçi Arsen Herve (Arsene Herve) “Bakı” futbol klubunun rəsmi internet saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 
- "Bakı"nın hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Təlim-məşq toplanışı plana uyğun şəkildə davam edir. Əminəm ki, Lansda keçirilən 2 həftə faydalı olacaq. Bu uşaqlara təcrübə lazımdı. Onlar Azərbaycana döndükdən sonra qazandıqları təcrübə və biliklər sayəsində daha da güclü olacaqlar.
 
- Yoxlama oyunlarını necə dəyərləndirirsiz?
- Bu oyunlar, qeyd etdiyim kimi, təcrübə baxımından önəmlidi. 3 yoxlama oyununda meydana çıxan uşaqlar məğlub oldular, ancaq bu qarşılaşmaların idman nəticəsi baxımından əhəmiyyət kəsb etmədiyini vurğulamaq istəyirəm.
 
- Perspektivi necə görürsünüz?
- Əsas məsələ fərqli məktəbin komandası ilə oynamaq və çatışmayan cəhətləri müəyyən etməkdi. Bu işlər gələcəyə hesablanıb. Gələcək uğurların təməlini qoyuruq. Bu uşaqlar Lansa öyrənməyə gəliblər. İndi onlar öz üzərlərində daha çox və əzmlə çalışmalıdı ki, bir üst səviyyəyə yüksələ bilsinlər. Təbii ki, mən də öz tövsiyyələrimi bildirirəm.
 
- “Lans”la ”Bakı”nın əməkdaşlığını necə qiymətləndirirsiz?
- İki klub arasında yaranan əməkdaşlıqdan qürur duyuruq. Biz qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da irəli gedəcəyik. Bir-birimizdən öyrənilməsi vacib olan çox məqamlar var. Eyni zamanda iki klubun dostluğu ölkələrimiz arasında münasibətlərin inkişafında da öz rolunu oynayacaq. Fransa və Azərbaycan dost ölkələrdi. İndi bizim üçün bu əlaqələrin önəmi daha da artmış olur. Bu baxımdan cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm.
 
- Sizi Bakıda nə vaxt görəcəyik?
- Mən və həmkarlarım yaxınlarda Azərbaycana gəlməyi planlaşdırırıq. Biz Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Futbol biliklərimiz və təcrübəmizə arxalanaraq, onu deyə bilərəm ki, bunun nəticəsini gözləmək üçün o qədər də uzun zaman tələb olunmayacaq. Ölkəniz istedadlı insanların vətənidi. Sadəcə onları düzgün istiqamətə yönəltmək lazımdı. İnanıram ki, tezliklə Bakıda görüşəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.