21 noyabr 2013 14:44
Rail Məlikov: Qəbələ birinci pilləyə qayıda bilər
“Qəbələ”nin müdafiəçisi Rail Məlikov komandasının futbol üzrə Topaz Premyer liqasında çıxışı haqda fikirlərini azerisport.az saytına bölüşüb.
“Biz birinci pilləyə qayıda bilərik. Hər şey özümüzdən asılıdır. Qarşıdakı oyun AZAL-a qarşı olacaq. Evdə oynayırıq və buna görə də qələbə qazanmalıyıq. Rəqibin çətin rəqib olduğunu başa düşürük”.
Məlikov həmçinin, özünün Acibadem klinikasında müalicəsinə də toxunub: “Qəbələ”nin bu klinika ilə müqaviləsi var. Bu səbəbdən mən Türkiyədə əməliyyat olunmuşam. Hər ay İstanbula bərpa üçün gedirəm. Bakıda oxşar şəraiti görmək istərdim”.
