21 noyabr 2013 14:33
Vaqif Sadqov: Qəbələyə qarşı birinci dövrədəkidən daha uğurlu oynamağa çalışacağıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov futbol üzrə Topaz Premyer liqasının 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək oyun haqda fikirlərini azerisport.az saytına bölüşüb.
“Sabah birinci dövrədə 1:2 hesabı ilə məğlub olduğumuz oyundan daha uğurlu oynamağa çalışacağıq. İndi xallara ehtiyacımız var. Başa düşürük ki, rəqib güclüdür, liderlər qrupunda yer alıb və yaxşı qurulmuş oyunu var. Ancaq biz qarşıya qoyulmuş məqsədə çatmaq üçün komanda ruhu göstərməliyik. Ötən oyundan rəqibimizin heyətində dəyişikliklər baş verib. Bu oyunda “Qəbələ”nin heyətində ilk dəfə Daniel Subotiç oynadı. O hər dəfə artırır və komandasının hücumuna parlaq rəng qatır. “Qəbələ”nin heyəti güclüdür və yaxşı ehtiyatı var.
