20 noyabr 2013 01:00
Cavid Hüseynov: Belə meydanda ancaq voleybol oynamaq olar
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Qırğızıstan yığmasına qarşı keçirilmiş yoldaşlıq görüşündəki heç-heçəyə (0:0) azerisport.az saytında şərh verib.
“Belə meydanda oynamaq çətindir. Burada ancaq voleybol oynamaq olar. Yəni ancaq hava ötürmələri ilə. Qələbə qazanacağımızı gözləyirdik, ancaq şərait imkan vermədi. Bundan başqa, rəqibin istəyi daha çox idi”.
