20 noyabr 2013 00:55
Aslan Kərimov: Qeyri-qənaətbəxş nəticələrə rəğmən, tapşırığı yerinə yetirdik
Futbol üzrə Azərbaycan yığmasının ikinci məşqçisi Aslan Kərimov yoldaşlıq görüşündə Estoniya yığmasına məğlubiyyət (1:2) və Qırğızıstan yığması ilə heç-heçəyə (0:0) azerisport.az saytında şərh verib.
“Biz qarşımızda əlimiz altında olan oyunçuları yoxlamaq tapşırığı qoymuşduq. Düşünürəm ki, qeyri-qənaətbəxş nəticələrə rəğmən, tapşırığı yerinə yetirdik. Ancaq Bişkekdə o cür qazonda oynamağımızı nəzərə alsaq, həmin oyun haqda nəsə demək çətindir”.
