20 noyabr 2013 12:16
Yığmamızın rəqibi DÇ-yə vəsiqə qazandı
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla eyni qrupda yer almış Portuqaliya yığması mundiala vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, F qrupunda ikinci yeri tutmaqla pley-off mərhələsinə vəsiqə əldə edən portəgizlər İsveçlə mübarizə aparırdı.
Öz meydanında Kristiano Ronaldonun qolu ilə minimal hesablı qələbə qazanan Portuqaliya səfərdə də İsveçdən üstün olub - 3:2. Maraqlıdı ki, cavab görüşündə də bütün qolları Ronaldo vurub. Beləcə, yığmamızın sabiq rəqibi mundiala vəsiqə əldə edib.
Maraq üçün xatırladaq ki, yığmamızın qrupundan digər vəsiqəni birinci olan Rusiya əldə etmişdi.
